Ru
15:20 / 02 İyul 2025

Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA

Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
Eye

Sosial şəbəkələrdə “Koroğlu” metrostasiyası yaxınlığında yerləşən “Koroğlu körpüsü”nün aralandığını, yəni çatların əks olunduğu videogörüntülər yayılaraq insanlar arasnda təşvişə səbəb olub.


Sakinlərdən bəziləri bildirir ki, körpü illərdir o vəziyyətdədir, bəziləri deyir ki, bu aralanmış hissə çatdır, tezliklə yıxılacaq, bədbəxt hadisəyə səbəb olacaq və s. Hər bir halda suallar çoxdur, cavablar isə dəqiq deyil.


Məsələni dəqiqləşdirmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxladıq.


Bakupost.az -ın xəbərinə görə, agentlikdən Lent.az-a bildirilib ki, videoda görünənlər çat deyil. Həmin körpüdə çat yoxdur:


“Həmin hissə aşırım qurğusunun konsol dayağa oturacaq hissəsində dayaqla aşırım qurğusu arasındakı deformasiya tikişidir ( tempratur şovu). Yəni normaldır, belə də olmalıdır”, -deyə qeyd edildi.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar