Ru
10:08 / 29 Oktyabr 2024

Lənkəranda kütləvi davanın səbəbi məlum oldu - YENİLƏNDİ

Lənkəranda kütləvi davanın səbəbi məlum oldu - YENİLƏNDİ
Eye

Lənkəranda baş verən kütləvi davada 5 nəfər xəsarət alıb.

Bakupost.az xəbər verir ki, gənclər arasında kütləvi dava təsadüfən baş verib.

İlkin məlumata görə, mübahisəyə səbəb tərəflərdən birinin axşam saatlarında kənd yolunda avtomobili yüksək sürətlə idarə etməsi olub. Qarşı tərəfin avtomobili saxlatdırıb irad bildirməsi ilə mübahisə yaranıb və zərbənin təsirindən gənclərdən biri yıxılaraq yol kənarında olan dəmir məhəccərin üstünə düşüb.O, döş qəfəsi nahiyəsindən kəsici-deşici xəsarət alıb.

Kütləvi dava nəticəsində ümumilikdə 5 nəfər xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, hadisə ötən gecə Lənkəran rayonunun Ürgə kəndi ərazisində qeydə alınmışdı.
***
28.10.2024

21:35

Daxili İşlər Nazirliyi Lənkərandakı insidentlə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakupost.az -a bildirilib ki, şəxsi münasibətlər zəminində baş vermiş həmin insidentlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.

Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.

21:04

Lənkəranda kütləvi dava olub, bir nəfər bıçaqlanıb.

Bakupost.az -ın “Report”a istinadən məlumatına görə, dava axşam rayonun Ürgə kəndi ərazisində qeydə alınıb.

Belə ki, dava zamanı rayonun Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Zakir Vüqar oğlu Səfərzadə bıçaqlanıb.

Digər iştirakçılar - Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Rüstəm Nasib oğlu Əhmədov, 2011-ci il Yusif Nasib oğlu Əhmədzadə, Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Nurlan Seymur oğlu Əlizadə, Lənkəran rayonu, Boladi kənd sakini, 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasınına daxil olublar.

Bıçaqlanan Z.Səfərzadə əməliyyat blokuna alınıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar