Litva hakimiyyəti 2021-ci ildə respublikanın yaratdığı miqrasiya böhranına görə Belarusdan təzminat tələb etmək istəyir.
Bakupost.az xəbər verir ki, bu barədə BNS portalı məlumat yayıb.
"Litva Respublikasının iddiasında deyilir ki, dövlət dəymiş ziyana görə kompensasiya tələb edəcək. Zərərlərin ilkin hesablamalarına görə, təkcə daxili işlər sistemində böhranın idarə olunması üçün ayrılmış 200 milyon avrodan artıqdır", - deyə KİV Ədliyyə Nazirliyindən sitat gətirib.
Məlumata görə, hesablamalara yenidən baxılacaq. Xüsusilə Litva Belarusu ölkəni hasarların tikintisi, sərhəd nəzarəti və personalın yerləşdirilməsi üçün pul xərcləməyə “məcbur etməkdə” ittiham edir.