Ru
10:04 / 11 İyun 2025

Los-Ancelesdə 378 etirazçı saxlanıldı

Los-Ancelesdə 378 etirazçı saxlanıldı
Eye

Los-Ancelesdə həftəsonundan etibarən hər gün etiraz aksiyaları keçirilir. Bütün mitinqlər dinc şəkildə başa çatmayıb.

Bakupost.az “CNN”ə istinadən xəbər verir ki, etiraz aksiyalarında polis təxminən 378 nəfəri saxlayıb.

Los-Anceles polis rəisi Cim Makdonnellin sözlərinə görə, son sutka ərzində təxminən 200-ə yaxın qanun pozucusu həbs olunub. O bildirib ki, son aksiyalar xüsusilə gərgin keçib.
“Magistral yolları, şəhər küçələrini və çıxışlarını bağlamaq, qanuni tələblərə tabe olmayaraq ərazini tərk etməkdən imtina edilməsi və ictimai təhlükəsizlik xidmətlərinin işinə müdaxilə qanunsuz, təhlükəlidir və buna icazə verilməyəcəkdir,” - deyə Cim Makdonnell nümunələr göstərib.
Qeyd edək ki, mitinqlər artıq Texas ştatına da yayılıb. Etirazçılar Ostin şəhərində də görüntülənib.Polis artıq on nəfərdən çox şəxsi saxlayıb.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar