Ru
09:21 / 11 Mart 2022

Mariupolda dəhşətli mənzərə: ölənlər belə basdırılır... - VİDEO

Mariupolda dəhşətli mənzərə: ölənlər belə basdırılır... - VİDEO
Eye

Martın 9-da Mariupolun atəşə tutması nəticəsində həlak olan ukraynalılar kütləvi məzarlıqda basdırılıb.



Bakupost.az xəbər verir ki, döyüşlərin getdiyi Donetsk vilayətindən çəkilmiş fotoları Daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz "Telegram" kanalında paylaşıb.


“İnsanlar ölənlərin cəsədlərini Mariupolun kənarındakı kütləvi məzarlığa basdırılır. Çünki işğalçı qüvvələrin güclü atəşi nəticəsində öz yaxınlarını dəfn edə bilmirlər” - deyə, o qeyd edib.


İşğalçılar həm şəhərin özünü, həm də sakinlərini artilleriya və havadan atəşə tuturlar. Mariupolda işıq, su və qaz yoxdur. Heç bir əlaqə imkanı mövcud deyil. İşğalçılar humanitar konvoyların şəhərə daxil olmasına, mülki şəxslərin isə “yaşıl dəhliz”lə şəhərdən çıxmasına icazə vermirlər. Şəhər humanitar fəlakətin astanasındadır".








BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar