Ru
19:49 / 09 İyul 2025

Marketlərdə pos-terminallar işləmir: Səbəb? - Rəsmi açıqlama

Marketlərdə pos-terminallar işləmir: Səbəb? - Rəsmi açıqlama
Eye

Bakının bəzi market və ticarət mərkəzlərində pos-terminallar işləmədiyi üçün alıcılar kartla ödəniş edə bilmirlər.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, marketdəki kassirlər ödəniş terminallarında yaranmış problemin səbəbləri barədə məlumatsızdırlar.

Problemin bu gün axşam saatlarında yarandığı qeyd olunur. Bu da alıcılar arasında narahatlıq yaradıb.

Hazırda ödənişlər yalnız nağd şəkildə qəbul olunur.

Bakının bəzi market və ticarət mərkəzlərində pos-terminallarda yaranmış problemlə bağlı Dövlət Vergi Xidməti açıqlama yayıb:

"Hər bir mağaza müştərilər üçün pos-terminal quraşdırmalı və onun fasiləsiz işləməsini təmin etməlidir. İstehlakçılar nağdsız ödənişləri maneəsiz şəkildə həyata keçirə bilməlidir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar