Ru
09:25 / 12 Sentyabr 2022

Maşın almaq istəyənlərə mühüm xəbər - VİDEO

3395
Avtomobil bazarında durğunluq yaşanır. Alıcılıq qabiliyyəti düşüb. Alıcılar və satıcılar da narazıdır.

Satıcıların sözlərinə görə, belə vəziyyət bir neçə aydır ki, davam edir. Bazara gələn azsaylı alıcılar daha çox hibrid və dizel mühərrikli avtomobillərə maraq göstərirlər.


Benzinlə işləyən avtomobillərdən isə mühərrik həcmi kiçik olanlar daha çox satılır. Belə nəqliyyat vasitələrinin qiymətində artım müşahidə edilir.


Alıcılar da deyirlər ki, hər bazar günü avtomobillərin qiymətində nəzərəçarpacaq dərəcədə dəyişklik olur. Daha çox gələcəkdə rahat satıla biləcək nəqliyyat vasitələrinə üstünlük verilir.

Satıcılar bildirirlər ki, hər il payıza doğru qiymətlərdə azalma olmur. Ona görə qiymətlərin indiki səviyyədə qalacağı gözlənilir.


Bakupost.az xəzərxəbər-in süjetini təqdim edir:



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər