Ru
09:52 / 14 Oktyabr 2024

Bakıdakı qətllə bağlı prokurorluqdan açıqlama - YENİLƏNİB

Bakıdakı qətllə bağlı prokurorluqdan açıqlama - YENİLƏNİB
Eye

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.


Bu barədə Bakupost.az -a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.


Bildirilib ki, oktyabrın 13-də saat 23 radələrində 1987-ci il təvəllüdlü Səid Əhmədovun aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada ölməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub.


Aparılmış araşdırmalarla 2003-cü il təvəllüdlü Məmmədəli Əmirxanovun aralarında yaranmış mübahisə zamanı Səid Əhmədova bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun həmin gün yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Məmmədəli Əmirxanov iş üzrə şübhəli şəxs qismində tutulub.


Hazırda ibtidai istintaq davam etdirilir.



***


Oktyabrın 13-ü gecə saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində bıçaqlanma hadisəsi baş verib.


Bakupost.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki,1987-ci il təvəllüdlü Səid Əhmədova kəsici alətlə xəsarətlər yetirilməsi nəticəsində yerləşdirildiyi tibb müəssisəsində ölüb.

Cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Məhəmmədəli Əmirxanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar