Ru
10:57 / 01 Dekabr 2022

Mehdiyev Vasif Talıbovla bağlı suala belə reaksiya verdi - VİDEO

20566
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev DTX-nin Naxçıvanda keçirdiyi son əməliyyatı, həbsləri şərh etmək istəməyib.

Bakupost.az xəbər verir ki, Musavat.com Naxçıvanda baş verənlərlə bağlı Ramiz Mehdiyevin mövqeyini öyrənməyə çalışıb.

Canlı efirdə telefon zənginə cavab verən AMEA-nın sabiq rəhbəri bu işlərdən uzaq olduğunu bildirib: “Bilirsiniz, mən bu işlərdən uzağam. Ona görə bir şey deyə bilmərəm sizə. Sağ olun”.

Daha sonra R.Mehdiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun adını eşidəndən sonra dəstəyi asıb. 

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib. Həbs edilən şəxslər arasında Naxçıvanın maliyyə naziri Rafael Əliyev də var.


Şərhlər
  • Moshu

    Boynunuzdan atmaqla deyil, ay Ramiz müəllim. Bütün bu neqativ hallar vaxtı ilə əkdiyiniz zəhərli, zərərli bitkilərin məhsullarıdır ki, bu gün bütün Azərbaycan onun acı nəticələrini dadır. Elə bil ki, gördüyünüz işlərdən zövq alırsınız. Allah da sizin iyrənc işlərinizdən bixəbərdir. Bu ölkədə siz bilmədiyiniz işə qurd düşər. Özünüzü o qədər də məlumatsız göstərməyin. Xeyri yoxdur, xalq gözü tərəzidir.

  • Neriman Seyfeli.

    Ideoloqu oldugu emellerden xebersiz oldugunu bildirir; bunlarin min sifeti var, yeri gelse bir-birini satacaqlar.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər