Bu gün Nərimanov Rayon Məhkəməsində prodüser, aparıcı Tarix Əliyev (Tolik) barəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə iclası keçirilib.
Bakupost.az axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Tolikin sosial şəbəkədə canlı yayımda məhbusları təhqir etməsi ilə bağlı iddialar yayılıb. Prodüser isə açıqlama yayaraq belə bir şey etmədiyini, bunların şayiə olduğunu bildirib. Bu məsələdən sonra məhbuslardan birinin həyat yoldaşı Toliki məhkəməyə verib.
Bu gün keçirilən iclasda məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina edilib.
T.Əliyevin vəkili Ramil Vəliyev məsələ ilə bağlı danışaraq xüsusi ittiham qaydasında şikayətin əsassız olduğunu deyib. O bildirib ki, şikayət həm də qanunvericiliyin tələblərinə uyğun tərtib edilməyib. Tarix Əliyevdən şikayət vermiş şəxs təhqir edilməyib, həmin şəxsin hər hansı hüququ pozulmayıb.
Böhdandı məncədə
Tolik deyilən bu "igidin", hərəkətlərini qınayıram və ona məsləhət görürəm ki, bir də elə yanlışlığa yol verməsin, nəticəsi pis olar, kobud şəkildə pazlanmaya məruz qalar, sonra da respublikanın ən yaxşı ginekoloqunun müalicəsinə möhtac olar...
Ümumən, bütün TV kanallarında saysız musiqili-əyləncəli verilişlərin aparıcıları əksəriyyəti sahə üzrə yetəri savadları olmamaları bir yana, milyonlarla izləyicilər cəfəng-təxribatçı müsahibə və ölkə üzrə *dedi-qodu*lar yaymaqla yüksək baxış-reytinq azarı aşkardır. Bu iradı N.Aamalıyeva, A.Mərdanlı və digərlərinə aid etmək mümkün belə deyil? Özlərindən tam razı yüksək reytinq düşgünləri *Aparıcı*lıq sertifikatlarını hansı sənət sahələrindən, hansı münasibətləri ilə *bron* ediblər, ya yardımçısız əvəzedilməzlər-*superMen*mi, ya *Women*mi olublar?