Ru
11:39 / 15 İyul 2025

Məhkəmə nazirliyin cəriməsini rədd etdi

Məhkəmə nazirliyin cəriməsini rədd etdi
Eye

Xankəndi şəhər 4 saylı orta məktəbin direktor müavini cərimələnib.

Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, direktor müavinini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cərimə edib.

Belə ki, nazirliyin aidiyyəti qurumu Xankəndi şəhər Nizami Gəncəvi adına 4 saylı orta məktəbdə araşdırma aparıb. Araşdırmalar zamanı məlum olub ki, Lalə Xankişiyeva adlı xanım imtahan verərək adıçəkilən orta məktəbə 1 illik müqavilə əsasında müəllim təyin edilib. Lakin həmin müəllimə elektron əmr imzalanmadan işə başlayıb və altı ay əməkhaqqı alıb.

Araşdırmalar zamanı o da məlum olub ki, məktəbin əvvəllər tabe olduğu Qarabağ Regional Təhsil İdarəsi həmin məktəbə direktor təyin etmədiyindən, müavin olaraq Gültac Nəzərovadan müəllimlərin əməkhaqqı alması üçün siyahı istənilib. Direktor müavini Gültac Nəzərova da yeni təyin olunmuş Lalə Xankişiyeva da daxil olmaqla müəllimlərin siyahısını regional idarəyə təqdim edib.

Araşdırmaların sonunda qərar qəbul edilib və direktor müavini Gültac Nəzərova 3000 manat cərimə edilib.

Ancaq direktor müavini qərarı əsassız hesab edərək məhkəməyə üz tutub. Məhkəmə araşdırması zamanı G.Nəzərova günahsız hesab edilib və onun barəsindəki qərar ləğv olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar