ABŞ-nin Apellyasiya Məhkəməsi federal hakimiyyətin iğtişaşlarla mübarizə məqsədilə Los-Ancelesdə Milli Qvardiyanı yerləşdirməsinə qoyulmuş müvəqqəti qadağanın qüvvəsini dayandırıb.
Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə qərar elektron məhkəmə sistemində yayımlanıb.
"Məhkəmənin əvvəlki qərarının icrasının dayandırılması ilə bağlı müraciət təmin olundu", - sənəddə qeyd olunur.
Xatırladaq ki, bundan əvvəl Kaliforniya ştatının Şimal Dairə Məhkəməsi ABŞ Prezidenti Donald Trampın Los-Ancelesdə baş verən iğtişaşlara qarşı Milli Qvardiyanın cəlb olunmasını müvəqqəti qadağan etmişdi. Həmin qərara əsasən, Kaliforniya Milli Qvardiyası ştatın qubernatoru Qevin Nyusomun nəzarətinə qaytarılmalı idi. Lakin Tramp administrasiyası bu qərarı apellyasiya qaydasında mübahisələndirmişdi.
Qeyd edək ki, qanunsuz mühacirlərə qarşı polis basqınlarından sonra Kaliforniyada, Los-Anceles şəhərində, Texasda və Nyu-Yorkda etirazlar baş qaldırıb, iğtişaşlar olub. Bundan sonra Los-Ancelesdə komendant saatı tətbiq edilib.