Ru
15:33 / 21 Avqust 2025

Məhkəmədən müğənni Rəqsanə barədə yeni QƏRAR

Məhkəmədən  müğənni Rəqsanə barədə yeni QƏRAR
Eye

Müğənni Rəqsanə İsmayılovanın barəsində olan həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

Bakupost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun şikayəti təmin edilməyib. R. İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, onun barəsində avqustun 16-da 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

R. İsmayılova iki nəfər zərərçəkən şəxsin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar