Ru
17:54 / 01 Avqust 2025

Mehr agentliyindən azərbaycanlı politoloqa qarşı təxribat

Mehr agentliyindən azərbaycanlı politoloqa qarşı təxribat
Eye

Azərbaycanlı politoloq Yeganə Hacıyeva İranın "Mehr" informasiya agentliyinin onu xəbəri olmadan spiker kimi təqdim etdiyi barədə məlumat paylaşıb

Bakupost.az xəbər verir ki, onun sözlərinə görə, "Mehr" agentliyi tərəfindən Zəngəzur dəhlizi mövzusunda keçiriləcək konfransla bağlı paylaşılan məlumatlarda onun da spikerlər siyahısında yer aldığı göstərilib. Lakin politoloqun sözlərinə görə, bu, tamamilə onun xəbəri və razılığı olmadan baş verib:

"Dünən "Facebook" dostlarımın hesablarında paylaşılan məlumatlarda planlaşdırılan konfransda mənim də iştirakım və adımın spikerlər siyahısında olduğunu öyrəndim.

Bəyan edirəm ki, mənim adım konfransın spikerləri siyahısına məndən xəbərsiz, şərti olaraq əlavə edilib".

"Mehr" informasiya agentliyinə sadəcə Zəngəzur dəhlizi ilə bağlı fikirlərimi bölüşdüyüm video müsahibə vermişəm. Video müsahibənin eyni mövzuda keçiriləcək forumda səsləndiriləcəyindən mənim xəbərim olmayıb və bu mənimlə razılaşdırılmayıb. Etirazımı artıq agentliyə və müsahibə götürən jurnalistə yazılı bildirmiş və adımın spikerlər siyahısından çıxarılmasını tələb etmişəm. Bütün bunları nəzərə alaraq bundan sonra bu agentliklə müsahibə və ya şərh vermək kimi mövcud əməkdaşlığımı dayandırıram", - deyə politoloq qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar