Ru
00:28 / 29 Oktyabr 2026

Məktəbdəki insidentlə bağlı - Açıqlama

Məktəbdəki insidentlə bağlı - Açıqlama
Eye

Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması zamanı yaranmış insident təhsili idarəetmə qurumları tərəfindən nəzarətə götürülüb.

“Bakupost” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisənin şahidləri olan pedaqoji kollektivin üzvləri, şagird və valideynlərin iştirakı ilə aidiyyəti üzrə müvafiq araşdırmanın aparılması və qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək.

“Qeyd edək ki, məsələ ilə bağlı polis orqanları tərəfindən də müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görüləcək.

Bir daha xatırladırıq ki, bu kimi həssas hadisələrlə bağlı məlumatların yayılması zamanı dəqiqlik və məsuliyyət prinsiplərinə riayət edilməsi, uşaqların qanunvericiliklə nəzərdə tutulmuş anonimliyinin, psixoloji təhlükəsizliyinin və mənafelərinin qorunması zəruridir. Şagirdlərlə müsahibələrin aparılmasına və onların emosional vəziyyətinə neqativ təsir göstərə bilən digər davranışlara yol verilməməlidir”, - deyə məlumatda qeyd edilib.

Şərhlər
  • Əli Həsənov

    Düz edib uşaqlar

  • Yusif Quliyev

    Duz deyir uwaqlarda müsahibə almağınız 18 yawina çatmamış uwaqin üzünü niye tv göstərilməlidir valideynlərin xəbəri olmadan.polis əməkdaşları ozleri sorugu-sual edir.siz ancaq xəbəri gostere bilərsiniz

  • Roma

    """Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. "...Şagirdlərlə müsahibələrin aparılmasına və onların emosional vəziyyətinə neqativ təsir göstərə bilən digər davranışlara yol verilməməlidir”...""" deyirsiniz ki, şagirdlərlə "pişim-pişimlə" rəftar edilməlidir. Jurnalist orada olan hadisəni işığlandırmaq istəyib, məktəbin də nəzarətçisi olan yaşlı bir kişi uşağlara onları döymək komandası verib, həmin adam həbs olunmalıdır, bilavasitə jurnalistləri döyən şagirdlər də layiqli cəzalarını almalıdırlar. Yoxsa uşağdılar, qanmayıblar, emosiyaya qapılıblar və s. variantlar qəbuledilməzdir. İstənilən insan 10-12 yaşından bütün hərəkətlərini dərk edir və ona məsuliyyətlidir.

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar