Ru
17:28 / 24 May 2024

Məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu müvəqqəti dayandırılır

1953
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin tələbindən irəli gələrək yeni qrupların komplektləşdirilməsi, həmçinin 2024-2025-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq məqsədilə mayın 24-dən etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılmasında fasilə yaranacaq, sistemə giriş müvəqqəti olaraq məhdudlaşacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bakupost.az -a bildirilib ki, qəbul sistemi vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinin 2024-cü ilin iyul ayından etibarən başlaması planlaşdırılır.

Bununla bağlı geniş məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər