Ru
13:27 / 29 Oktyabr 2024

Məktəblərdə metal axtaran cihazlar tətbiq olunur?

Məktəblərdə metal axtaran cihazlar tətbiq olunur?
Eye

"Məktəblərdə hüquq-mühafizə orqanları ilə birlikdə yuxarı sinif şagirdləri və valideynlərlə mütəmadi görüşlər keçirilir".

Bakupost.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən "Hesabat Brifinqi" zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, məqsəd məktəblilərin cinayət əməllərindən uzaqlaşdırılmasıdır: "Xüsusən də, oğlanlar arasında görüşlərin keçirilməsinə əhəmiyyət veririk. Amma məktəblərdə üstündə soyuq silah gəzdirən şagirdləri aşkarlamaq üçün metal detektorları almaq kimi bir plan yoxdur", - deyə o qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar