Ru
12:56 / 04 Sentyabr 2024

Məktəblərlə valideynlər arasında narazılıq: İkinövbəli təhsil ləğv ediləcək? - Açıqlama

1794
"Ölkənin ümumtəhsil məktəblərinin əksəriyyətində dərslər ikinövbəli sistem əsasında keçilir. Bəzi məktəblərdə isə tədris hətta üçnövbəlidir. Bunun da əsas səbəbi həmin məktəblərdə şagird sayının çox olmasıdır. Hər il məktəblər açılanda valideynlərlə müəllimlər arasında bu məsələ ilə bağlı narazılıq yaranır. Çünki ikinövbəli təhsil işləyən valideynlər üçün də çətinlik yaradır. Xüsusən də övladlarının biri birinci, digəri ikinci növbədə oxuyanlar ikinövbəli təhsil sistemindən narazıdır".




Bu fikirləri Bakupost.az -a təhsil eksperti Elçin Əfəndi bildirib.

Onun sözlərinə görə, birnövbəli təhsil müəllimlər üçün də əlverişlidir. Çünki elə müəllimlər var ki, hər iki növbədə çalışır. Bu da istər-istəməz keyfiyyət göstəricilərinə təsir edir.

E.Əfəndinin sözlərinə görə, səhər növbəsi bütün şagirdlər üçün daha əlverişli imkan yaradır. Çünki səhərlər beyin informasiyanı qəbul etməyə daha hazırlıqlı olur. Bu səbəbdən şagirdlərin səhər növbəsində dərsə getməsi daha məqsədəuyğundur. Dünyanın bir çox ölkələrində yalnız birnövbəli sistemə üstünlük verilməsi də bununla bağlıdır:

"Digər növbələrlə müqayisədə birinci növbədə təhsil alan şagirdlər dərslərini daha yaxşı mənimsəyirlər. Həm də günortadan sonra onların məşğələlərdə dərslə məşğul olmağa vaxtları qalır. Amma günorta növbəsində çalışanlar yalnız səhərlər nə isə oxuya, öyrənə bilərlər. Günortadan sonra onlar dərsə gedir, axşam saatlarında isə yorğun olurlar. Dərs oxumağa imkanları olmur. Birinci növbədə təhsil alan uşaqların məşğələlərə, istirahətə də vaxtı qalır. Bu səbəbdən də birinci növbədə təhsil alanların nəticələri daha yüksək olur".

Elçin Əfəndi vurrğulayıb ki, vəziyyətdən çıxış yolu məktəblərin sayının artırılmasıdır.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar