Ru
16:18 / 08 Oktyabr 2026

Məleykə Əsədovaya ağır itki

Məleykə Əsədovaya ağır itki
Eye

Xalq artisti Məleykə Əsədovaya ailəsində itki üz verib.

"Bakupost" “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənətçinin bacısı qızı, 29 yaşlı Mina ötən gün İranda vəfat edib.

3 qız anası olan Mina yenicə oğul övladını dünyaya gətiribmiş. O xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaşı ilə ailə qurub. O, 2008-ci ildə iki qızı ilə birlikdə dəm qazından boğulub. Həmin vaxt Mina sağ qalsa da , 13 yaşlı bacısı vəfat edib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar