Ru
14:49 / 11 İyun 2024

Məşhur aktyor vəfat etdi - FOTO

Məşhur aktyor vəfat etdi -  FOTO
Eye

“Yeşilçam” aktyoru Murat Soydan 83 yaşında dünyasını dəyişib.


Bakupost.az xəbər verir ki, bu barədə qızı məlumat paylaşıb.

Türk kino və serial aktyoru Murat Soydan 2 oktyabr 1940-cı ildə anadan olub.

O, kino karyerasına 1966-cı ildə rejissor Nejat Saydamın çəkdiyi “Kolsuz Kahraman” filmi ilə başlayıb. Filmin aktyor heyətində Cüneyt Arkın, Fatma Girik və Suzan Avcı da yer alıb. 1970-ci illərin gənc aktyorlarından olan Murat Soydan bir çox filmdə Türkan Şoray və Hülya Koçyiğitlə baş rolu paylaşıb.

221 filmdə rol alan Murat Soydan bir müddət Kino Aktyorları Dərnəyinin başqanı olub. 1972-ci ildə Zulum filmindəki roluna görə 9-cu Antalya Kızıl Portakal Film Festivalında ən yaxşı kişi oyunçu mükafatını qazanıb.


Elnur
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar