Ru
09:46 / 20 İyun 2025

Məşhur meyxanaçı yenidən həbs edildi

Məşhur meyxanaçı yenidən həbs edildi
Eye

"Mahir Ay Brat" kimi tanınan meyxanaçı Mahir Qonşuyev yenidən həbs edilib.

Bakupost.az "Report"a istinadən əldə etdiyi məlumata görə, Mahir Qonşuyev elektron qolbaq qaydalarını pozduğu üçün onun barəsindəki azadlığın məhdudlaşdırılması cəzası ləğv edilib və azadlıqdan məhrumetmə ilə dəyişdirilib. Hazırda Mahir Qonşuyev tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Qeyd edək ki, Mahir Qonşuyev 2023-cü ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsi 30 yanvar 2024-cü il hökmünə əsasən, Mahir Qonşuyev barəsində 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşıma) cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar