Ru
13:28 / 30 Aprel 2025

Məşhur şirkət tələbələrin təqaüdünü kəsdi

Məşhur şirkət tələbələrin təqaüdünü kəsdi
Eye

“Aradan uzun müddət keçməsinə baxmayaraq “AGA Group” şirkəti tələbələrin təqaüdlərini ödəmir”.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bunu bir qrup tələbə bildirib.

Onların sözlərinə görə, “AGA Group” şirkəti ötən il “Dəmir Ay” adlı təqaüd üçün müsabiqə elan edib. Qalib gələn tələbələrə il boyunca hər ay 250 manat təqaüd verilməsi nəzərdə tutulub. Amma təqaüdlər ödənilmir. Tələbələrə müxtəlif vədlər verilsə də bu qədər vaxt ərzində yalnız 1 ay ödəniş olunub.

Ödənməyən təqaüdlərlə bağlı tələbələrin şirkətə ünvanladıqları müraciətlər cavabsız qalıb.

“AGA Group” şirkətindən isə bildirildi ki, sorğu aidiyyatı şəxslərə yönləndirilib, qeyd olunanlarla bağlı araşdırma aparıldıqdan sonra məlumat veriləcək.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar