Türkiyənin tanınmış televiziya aparıcısı və yazıçı Ayşenur Yazıcı müalicə aldığı xəstəxanada bədəninin 74 faizinin əlil vəziyyətə düşdüyünü iddia edib. O bu səbəbdən hüquqi prosesə başlayır.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, aparıcı bu barədə özünün sosial media hesabında bəyan edib.
Yazıcı iddia edib ki, həkimlərin səhlənkarlığı səbəbindən əlil olub - müalicə zamanı damarına stent yerləşdirilərkən səhv edilib, bu səhv nəticəsində böyrək damarını tıxayıblar və düzəltmək istəyərkən orqanlarına ciddi zərər vurublar. Dövlət tərəfindən tərtib olunmuş səhiyyə hesabatına əsasən, o, rəsmi olaraq 74% əlillik dərəcəsi alıb.
"Sizin diplomunuza da, nüfuzunuza da, həkimlərinizə də lənət olsun! O xəstəxanaya sapsağlam girdim. Nə şəkərim, nə xolesterinim vardı. İndi isə qan problemləri ilə mübarizə aparıram. Bədənimdə hələ də qanaxması olan yerlər var. Mütəmadi xəstəxanalardayam. Bir az özümə gələndə, o xəstəxananın qarşısındakı dəmir barmaqlıqlara özümü qandallayacağam, əlimdə də üzərində "böyrəyimi geri verin" yazılan plakat olacaq", - deyə o bildirib.