Ru
15:31 / 19 Avqust 2022

Məşhur ürək həkiminin kitabı Azərbaycan dilində - "Xolesterin həqiqəti"

5622
Türkiyənin tanınmış ürək-damar həkimi professor Hüseyin Bozbaş ölkəsində "Xolesterin həqiqəti" kitabı ilə də məşhurdur.


O nadir həkimlərdəndir ki, təkcə müalicə ilə yox, 20 illik təcrübəsini, sirlərini yazıb paylaşmaqla da tanınır.


Bakupost.az xəbər verir ki, bir müddətdir onun ürək-damar xəstələrinin, eləcə də sağlam ürəyə sahib olmaq istəyən hər kəsin masaüstü kitabına çevriləcək əsəri Azərbaycan dilinə tərcümə olunurdu.

Hazırda Ankara ETÜ Tibb xəstəxanasında çalışan H. Bozbaş yüksək xolesterin səbəbindən damar tıxanmalarına məruz qalmış pasiyentlərin real hekayələrini bu kitabda tolplayıb.

Müəllif sıravi oxucunun başa düşəcəyi dildə ürək-damar xəstəliklərinin, xüsusilə xolesterinin tarixi təşəkkül prosesindən, damar daralmalarına səbəb olan risk faktorlarından, bu xəstəliklərdən qorunma yolları, onların dərmanla və dərmansız müalicə üsullarından ətraflı məlumat verir.

“Xolesterin həqiqəti” ürək və damarlarının qeydinə qalmaq istəyənlər üçün əlifbadır.

Kitabın tərcüməçisi Zahir Məlikli, redaktoru isə Elçin Zahiroğludur.

“Qanun” nəşriyyatı çap etdiyi kitabı, nəşriyyatdan, "Əli və Nino" kitab evlərindən ala və sifariş edə bilərsiniz.


Aygün Musayeva

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər