Ru
13:35 / 12 İyul 2025

Məşhur yazıçının başı 500 ildən sonra qəbirdən çıxarılacaq

Məşhur yazıçının başı 500 ildən sonra qəbirdən çıxarılacaq
Eye

Londonda yerləşən Müqəddəs Dunstan kilsəsi İngiltərənin lord kansleri, yazıçı Tomas Morun edamından 500 il sonra onun başının qəbirdən çıxarılması hüququnu əldə etməyə çalışır.

Bakupost.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat verib.

Məlumata görə, Müqəddəs Dunstan kilsəsinin icma şurası Morun ölümünün 500 illiyinə, yəni 2035-ci ilə qədər onun qalıqlarını qəbirdən çıxarmağı planlaşdırır. Lakin bunun üçün məhkəmə icazəsi tələb olunur.

"Biz onu (yəni Morun başını - red.) geri qaytararaq hansısa relikvaridə (müqəddəs əmanət saxlanılan qutu) saxlaya bilərik, ya da onu ziyarətçilərimizin çoxu tərəfindən istənildiyi kimi, yer üzündəki müqəddəs bir yerə və ya oyma daş sütuna yerləşdirə bilərik", - kilsənin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, İngiltərənin lord kansleri, yazıçı Tomas Mor monarxı İngiltərə kilsəsinin başçısı kimi tanımaqdan imtina etdiyi üçün VIII Henrixin əmri ilə 1535-ci ildə edam edilib. Aradan 400 il keçdikdən sonra, 1935-ci ildə Vatikan yazıçını müqəddəs şəhidlər sırasına daxil edib.

Morun başı ölümündən sonra uzun bir yol keçib. Əvvəlcə onun bədəni “Tower” qalasındakı kiçik kilsədə basdırılıb, başı isə London körpüsündə mizraq ucu ilə nümayiş etdirilib. Bir ay sonra qızı Marqaret atasının başını götürərək ömrünün sonunadək saxlayıb. Daha sonra isə Müqəddəs Dunstan kilsəsində dəfn edilib.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar