Ru
19:27 / 02 İyun 2025

Mingəçevirdə qəza: Avtomobil hazırlıqdan gələn məktəbliləri vurdu

Mingəçevirdə qəza: Avtomobil hazırlıqdan gələn məktəbliləri vurdu
Eye

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.Az xəbər verir ki, hərəkətdə olan KIA markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən şəhər sakini, 2008-ci il təvəllüdlü Ədalət Nəzirli və 2008-ci il təvəllüdlü Murad Məmmədlini vurub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, xəsarət alan şəxslər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"2008-ci il təvəllüdlü şəxsə sağ diz oynağının qapalı travması, digər 2008-ci il təvəllüdlü şəxsə isə burun nahiyəsinin əzilmiş yarası və bədənin çoxsaylı sıyrılmış yaraları diaqnozları təyin edilib.
Hazırda hər ikisinin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir", - məlumatda qeyd olunub.

Oxu.az-ın məlumatına görə, vurulan piyadalar - 2008-ci il təvəllüdlü Ədalət Nəzərli və 2008-ci il təvəllüdlü Murad Məmmədov məktəbli imiş. 11-ci sinif şagirdləri ali məktəbə sənəd veriblər və hadisə zamanı hazırlıqdan gəlirmişlər.
Abituriyentlər yolu keçərkən "KIA" markalı avtomobil idarəetməni itirərək onları vurub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar