Ru
11:31 / 20 İyun 2025

Minik avtomobili “BakuBus”a çırpıldı - VİDEO

Minik avtomobili “BakuBus”a çırpıldı -  VİDEO
Eye

"18 iyun 2025-ci il tarixində, saat 17:40 radələrində “BakuBus” MMC-nin balansında olan və 44 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JO-213 dövlət qeydiyyat nişanlı avtobusda yol-nəqliyyat hadisəsi baş verib".

Bakupost.az xəbər verir ki, bu barədə "Unikal"a "BakuBus"dan bildirilib. Qeyd olunub ki, hadisə Zığ-Suraxanı avtomobil yolu istiqamətində qeydə alınıb:

"İlkin araşdırma nəticəsində müəyyən olunub ki, qarşıdan gələn 43-BE-691 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetməni itirərək avtobusa çırpılıb. Qeyd olunan hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlərin təhlükəsizliyinin və fasiləsiz daşınmasının təmin olunması məqsədilə “BakuBus” MMC tərəfindən operativ tədbir görülüb, sərnişinlər dərhal eyni xətt üzrə hərəkət edən digər avtobusa yönləndirilib və marşrutun qrafiki qısa müddət ərzində bərpa olunub.

Hadisə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara məlumat verilib və hazırda araşdırmalar aparılır", - deyə məlumatda vurğulanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar