Ru
19:07 / 06 İyul 2024

Mirziyoyevin Şuşaya səfəri başa çatdı

1724
Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak edən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri iyulun 6-da başa çatıb.

Bakupost.az xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi hava limanında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər