Ru
09:19 / 31 İyul 2025

Bu kəndin sakinlərinə ölmək "qadağan edilib"

Bu kəndin sakinlərinə ölmək "qadağan edilib"
Eye

İspaniyanın Landxaron kəndində (Qranada əyaləti) yerli sakinlərin ölməsini qadağan edən qeyri-adi qanun hələ də qüvvədə qalmaqda davam edir.

Bakupost.az xəbər verir ki, bu barədə "The New York Post" nəşri yazıb.

Məlumata görə, bu məhdudiyyət 25 il əvvəl - 1999-cu ildə yeganə kənd qəbirstanlığının dolmasından sonra tətbiq edilib. Yeni qəbiristanlıq üçün yer isə hələ də tapılmayıb.

Yerli hökumət 4 min sakinə öz ömürlərini uzatmaq üçün sağlam həyat tərzi keçirməyi tövsiyə edir, lakin ölüm halında hansı tədbirlərin görüləcəyi ilə bağlı açıqlama vermir. Kənd müalicəvi mineral mənbələri ilə tanınır və "TikTok"da məşhurluq qazanıb.

Bəzi ekspertlər ehtimal edirlər ki, qeyri-adi qadağa turistləri cəlb etmək üçün marketinq strategiyasının bir hissəsi ola bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar