Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan cümə axşamı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Huku qəbul edib.
Bakupost.az xəbər verir ki, bu barədə Nyus.am məlumat yayıb.
Görüş çərçivəsində Mirzoyan və Huk regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Mirzoyan Cənubi Qafqazda sülhün bərqərar olması üçün real imkan olduğunu, Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanmasının bu yolda tarixi bir mərhələ olacağını vurğulayıb.
Tərəflər sülh gündəliyinin irəli aparılması üçün davam edən səylər barədə də fikir mübadiləsi aparıblar.