Ru
21:41 / 21 İyun 2024

Moskva təşvişdə: "İŞİD-Xorasan" təhlükəsi artır

Moskva təşvişdə: "İŞİD-Xorasan" təhlükəsi artır
Eye

Əfqanıstanda terrorçu qruplaşmalar öz təsirlərini gücləndirir.

Bakupost.az "MK"-ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

Onun fikrincə, terrorçu qrupların Qərb hərbçilərinin ölkədə qoyub getdiyi silahlara sahib ola bilməsi riskləri var:

"Rusiya Federasiyası İŞİD-Xorasan qrupunun terror fəaliyyətindən hələ də narahatdır".

Nebenzya qeyd edib ki, hazırkı Əfqanıstan hakimiyyətinin səylərinə baxmayaraq, terrorçular öz təsirlərini gücləndirir və daha çox terror aktları törətməklə vəziyyəti qəsdən gərginləşdirməyə davam edirlər. Rusiyalı diplomat BMT Təhlükəsizlik Şurasının iclası zamanı xəbərdarlıq edib ki, Qərb hərbçilərinin ölkədə qoyub getdiyi silahların terrorçuların silahlıların əlinə keçməsi təhlükəsi tamamilə realdır.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar