Ru
18:52 / 12 İyul 2025

Moskva yanır: 122 illik rekord yeniləndi

Moskva yanır: 122 illik rekord yeniləndi
Eye

Rusiya paytaxtı Moskvada iyulun 12-nə olan temperatur rekordu qırılıb, hava 34,6°C-ə qədər qızıb və bununla 1903-cü ildəki əvvəlki maksimum geridə qoyulub.

Bakupost.az Report-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.

"VDNX stansiyasında bu gün 122 illik rekord qırıldı. 1903-cü ildə temperatur 34,5 dərəcə idi, bu gün isə 34,6 dərəcə oldu. Bu, ekstremal temperaturun xarakterik xüsusiyyətidir”, - o deyib.

Direktor qeyd edib ki, yaxın günlərdə daha rekord temperatur proqnozlaşdırılmır, çünki temperaturun tədricən azalması başlayacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar