Ru
17:28 / 26 May 2025

Moteskileti oğurlayıb yatdı, duranda tapmadı - Qəribə hadisə

Moteskileti oğurlayıb yatdı, duranda tapmadı -  Qəribə hadisə
Eye

İndoneziyada qeyri-adi oğurluq hadisəsi baş verib. Belə ki, 22 yaşlı Martogi Sinaqanın oğurladığı motosiklet o, yatarkən başqa bir şəxs tərəfindən oğurlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə "World of Buzz" məlumat yayıb.

Motosiklet yerli kafelərdən birinin qarşısında imiş. Sinaqa motosikleti oradan oğurlayaraq, təxminən 600 kilometr məsafə qət edərək Sumatra adasının şimalına getmək istəyib.

O, yolda məscidlərdən birində dincəlmək qərarına gəlib. Oğurladığı motosikleti məscidin girişində qoyaraq yatıb. Lakin yuxudan oyandıqda nəqliyyat vasitəsinin oğurlandığını görüb – bu dəfə motosikleti başqa bir oğru aparıb.

Polis Martogi Sinaqanı saxlayıb. Hələlik motosiklet tapılmasa da, Sinaqa oğurluq əməli ilə bağlı cinayət məsuliyyətinə cəlb olunub. Hüquq-mühafizə orqanları ikinci şübhəlinin və oğurlanan nəqliyyat vasitəsinin axtarışlarını davam etdirir.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar