Ru
12:19 / 03 Dekabr 2024

Müsavat bələdiyyə seçkilərilə bağlı qərar verdi

Müsavat bələdiyyə seçkilərilə bağlı qərar verdi
Eye

Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.Bakupost.az xəbər verir ki, partiyanın mətbuat xidmətinin məlumatına görə, iclasda əvvəlcə görülən işlər müzakirə olunub. Məclisin komissiya sədrlərinin iştirakı ilə keçirilən toplantılar barədə məlumat verilib.


Partiyanın Nizami rayon təşkilatının yığıncağı və keçirilən seçkilər haqda məlumat dinlənilib.


Yanvarın 29-na təyin olunan bələdiyyə seçkiləri ilə bağlı müzakirə aparılıb. Divan Müsavat Məclisinin son sessiyada ona verdiyi səlahiyyətləri rəhbər tutaraq seçkilərdə öz namizədləri ilə iştirak etmək, namizədlərin irəli sürülməsi səlahiyyətlərini partiyanın rayon təşkilatlarına həvalə etmək haqqında qərar qəbul edib. Prosesə ümumi nəzarət Divan tərəfindən həyata keçiriləcək.


Dekabrın 7-də saat 11:00-da Məclisin sessiyasının keçirilməsi qərara alınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar