Ru
17:12 / 24 Noyabr 2022

NATO nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində olub

 NATO nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində olub
Eye

NATO nümayəndə heyəti bu gün Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət edib.

Bakupost.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə qonaqlara Azərbaycan HDQ-nin tarixi və fəaliyyət istiqamətləri haqqında brifinq təqdim olunub.

Sonra NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələri NATO-nun yaranma tarixi, strukturu və ümumi fəaliyyətini əhatə edən müxtəlif mövzularda çıxışlar ediblər.

Təqdimatlar başa çatdıqdan sonra qarşılıqlı maraq doğuran suallar cavablandırılıb. Sonda xatirə şəkli çəkdirilib.

Aynur,
Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar