Ru
15:46 / 09 İyul 2025

NATO ölkələrindən kritik qərar: Ukrayna üçün qadağan olunmuş minalar istehsal edəcəklər

NATO ölkələrindən kritik qərar:  Ukrayna üçün qadağan olunmuş minalar istehsal edəcəklər
Eye

Litva və Finlandiya Ukrayna üçün piyada əleyhinə minalar istehsal edəcəklər.

Bakupost.az xəbər verir ki, bu barədə NATO-dakı mənbələrə istinadən "Röyters" məlumat yayıb.

Adı çəkilən ölkələr, eləcə də Polşa, Latviya və Estoniya cari ilin iyun ayında piyada əleyhinə minaları ləğv etməyi hədəfləyən Ottava Konvensiyasından çıxmağa qərar veriblər. Qərar 6 aydan sonra qüvvəyə minəcək.

Latviya rəsmiləri bildirib ki, belə bir qərar ölkənin və əhalinin müdafiəsini gücləndirəcək. Estoniya Xarici İşlər Nazirliyindən də qeyd edibllər ki, Avropada təhlükəsizlik problemləri üzündən ölkə milli müdafiəni gücləndirmək istəyir. Litvanın Müdafiə nazirinin müavini Karolis Aleksa isə deyib ki, tank və piyada əleyhinə mina istehsalı üçün yüz milyonlarla avro xərcləməyi planlaşdırblar. Finlandiya parlamentinin müdafiə komitəsinin sədri Heikki Otto da vurğulayıb ki, ölkənin təhlükəsizliyini təmin etmək üçün qısa vaxtda piyada əleyhinə minaların istehsalına başlayacaqlar.
Agentlik bu minaların Ukraynaya göndəriləcəyini də istisna etməyib.

Tərlan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar