“Azərbaycan unitar bir dövlətdir, konstitusiyaya görə belə dövlət quruluşunda muxtar respublika ola bilməz”.
Bakupost.az xəbər verir ki, bu sözləri
Milli Strateji Düşüncə mərkəzinin rəhbəri İsa Qəmbər Laf.TV-də çıxışında bildirib.
“Status məsələsində 2 fikir ola bilməz, bu dəyişməlidir. Azərbaycanın içində ayrıca muxtar respublika ola bilməz. Bu absurddur. Mən bildiyimə görə, Azərbaycan hakimiyyəti bu il referendum keçirməyə hazırlaşır.
Ümumiyyətlə, Azərbaycanda hər 7 il birdən bir referendum keçirilir.
Bu artıq tendensiyadır.
Naxçıvanda elə bir orta əsr feodal idarəçiliyi yaranmışdı ki, insanlar bunu gözləyir.
Naxçıvanda gedən proseslərə obyektiv qiymət vermək lazımdır. Nə orda baş verənlərin əhəmiyyətini azaltmaq lazım deyil. Çünki bu boş şey deyil. Amma orda ciddi islahatın getməsini deməyin də əsası yoxdur”.
Aygün Musayeva
BakuPost