Ru
12:18 / 13 Avqust 2025

Naxçıvan sahibkarlarına 8 milyon manatdan çox güzəştli kredit verilib

Naxçıvan sahibkarlarına 8 milyon manatdan çox güzəştli kredit verilib
Eye

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 97 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,2 milyon manat güzəştli kredit ayırıb.

Redaktor.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə layihələrin sayı 4,9 dəfə, güzəştli kreditlərin məbləği isə 3,4 dəfə artıb.

Fondun maliyyələşdirdiyi layihələrin 68 %-i sənaye, 20,3 %-i kənd təsərrüfatı məhsullarının istehsalı, 11,7 %-i xidmət sahələri ilə bağlı olub.

Bu dövrdə ayrılmış güzəştli kreditlərin 9,2 %-i kiçik, 30 %-i orta, 60,8 %-i isə böyük kreditlər olub, 93,1 %-i regionların payına düşüb.

Son 1 ildə SİF-in problemli kreditləri 2,7 milyon manat və yaxud 46,6 % azalaraq bu il avqustun 1-nə 3,1 milyon manat olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar