Ru
09:03 / 25 İyun 2024

Naxçıvanda dəhşət: Qardaş bacısını öldürdü

Naxçıvanda dəhşət: Qardaş bacısını öldürdü
Eye

İyunun 24-də saat 23:20 radələrində bir nəfər Culfa rayon Bənəniyar kənd sakininin küt alətlə vurularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bakupost.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası prokurorluğu məlumat yayıb.


Araşdırmalarla Culfa rayon Bənəniyar kənd sakini 1984-cü il təvəllüdlü Əliyev Ruslan Məhərrəm oğlunun şəxsi münasibətlər zəminində bacısı 1980-ci il təvəllüdlü Muradova Elfanə Məhərrəm qızını küt alətlə (dəmir parçası ilə) xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Əliyev Ruslan Məhərrəm oğlu şübhəli şəxs qismində tutulub.

Culfa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar