Ru
13:30 / 13 Avqust 2025

Nazirlik bu məmurdan 7900 manatlıq mebel alır

Nazirlik bu məmurdan  7900 manatlıq mebel alır
Eye

Energetika Nazirliyi fərdi sahibkar Əzizov Əsəd Qacar oğlu ilə satınalma müqaviləsi bağlayıb.

Bakupost.az xəbər verir ki, "Qaynarinfo"nun məlumatına görə, müqavilədə mebel və avadanlıqların satın alınması nəzərdə tutulur. Tenderin maliyyə dəyəri 7 906 manatdır.

Nazirlik bu məbləğə sahibkardan aşağıdakı malları alacaq:

* Rəhbər kürsüsü - 1 ədəd
* Rəhbər kürsüsü - 2 ədəd
* Müdir, müdir müavini, sektor müdiri kürsüsü - 4 ədəd
* İşçi kürsüsü - 9 ədəd
* Konfrans zalı kürsüsü - 12 ədəd
* Yan masa (90x45x72) - 1 ədəd
* Yan masa (85x35x75) - 1 ədəd
* Yan masa (75x50x72) - 1 ədəd
* Tumba 3 siyirməli - 3 ədəd
* Şkaf (sənəd üçün şüşəli) - 1 ədəd
* Konfrans zalı üçün şkaf - 3 ədəd
* Dəmir seyf - 1 ədəd

Əsəd Əzizova gəlincə, onunla Masallı şəhər bələdiyyəsinin sədr müavini Əsəd Qacar oğlu Əzizovun ad, soyad və ata adı üzt-üstə düşür. Araşdırma zamanı məlum olub ki, tenderdə qalib seçilən sahibkarla bələdiyyə sədrinin müavini eyni şəxsdir.

Əsəd Əzizov bələdiyyə seçkilərinə qatılarkən onun tərcümeyi-halında fərdi sahibkarlıqla məşğul olduğu qeyd edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar