Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:35 / 06 Noyabr 2023

Nazirlik Şahbaz Xuduoğlunun kitab maşınını vurdu

33199
Qanun Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlunun “Təkərli kitab” layihəsinə Mədəniyyət Nazirliyi tərəfindən icazə verilməyib.

Bakupost.az xəbər verir ki, bu barədə naşir məlumat paylaşıb.


“"Təkərli kitab dükanı"nı Bakı Beynəlxalq Kitab sərgisində təqdimatını etmək istəyirik. Mədəniyyət Nazirliyi icazə vermir.
"Təkərli kitab dükanı" sosial layihədir, öz hesabımıza başa gəlib. Kənar bir qəpik dəstək olmayıb. Oxucuların təşəkkürü, uşaqların sevinən baxışlarından başqa heç kimdən heç nə gözləmirik... Məqsədimiz regionlara, kəndlərə gedib kitabı təbliğ etməkdir. Bu, Vətənimizə, insanımıza, mədəniyyətimizə və dövlətimizə sevgidən irəli gəlir.

Bakı Beynəlxalq Kitab Sərgisində 74m² yer üçün biz 12 min manat pul ödəmişik. "Təkərli kitab dükanı"nın təqdimatını da salonda yox, həyətdə, parkinq yerində etmək istəyirik.

Amma Mədəniyyət Nazirliyi buna icazə vermir. Bu elə Fatmayidə Mədəniyyət evinin müdirinin davranışına bənzəyir...”




Elnur
BakuPost

Şərhlər
  • Elman Kəmərli

    Mədəniyətimizi çılpaq müğənnilərlə zənginləşdirir

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar