Ru
01:29 / 09 Oktyabr 2024

Netanyahu: “Hizbullah” liderinin iki varisi məhv edilib

Netanyahu: “Hizbullah” liderinin iki varisi məhv edilib
Eye

İsrail hərbi qüvvələri Livanda artıq “Hizbullah” təşkilatının daha əvvəl öldürülmüş baş katibi Həsən Nəsrullanın iki varisi məhv edilib.

Bakupost.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu Livan xalqına müraciətində bildirib. Müraciəti hökumət başçısının ofisi yayıb.

“Biz “Hizbullah”ın imkanlarını zəiflətdik, Nəsrullanın özü də daxil olmaqla minlərlə terrorçunu, onun varisini və varisinin varisini məhv etdik. Bu gün “Hizbullah” uzun illər ərzində olduğundan daha zəifdir”, – o söyləyib.

Bir neçə saat əvvəl İsrailin müdafiə naziri Yoav Qalant “Hizbullah”ı lidersiz təşkilat adlandırıb və Nəsrullanın varisi hesab edilən “Hizbullah”ın icraiyyə şurasının rəhbəri Haşim Safi əd-Dinin də böyük ehtimalla məhv edildiyini açıqlayıb. Onun versiyasına görə, bu səbəbdən təşkilatda qərar qəbul edən və hərəkət edən yoxdur.

Daha əvvəl “Al Arabiya” telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, “Hizbullah”ın baş katibi vəzifəsinə əsas namizəd sayılan Haşim Safi əd-Din oktyabrın 3-də İsrailin Beyrutun cənubuna hücumu zamanı həlak olub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar