Ru
11:14 / 11 Fevral 2023

Nisə Qasımova insult keçirdi - Ağır duruma düşdü - VİDEO

Nisə Qasımova insult keçirdi - Ağır duruma düşdü -  VİDEO
Eye

Xalq artisti Nisə Qasımova insult keçirib.

Bakupost.az -ın məlumatına görə, hadisə iki həftə əvvəl baş verib.

İnsult nəticəsində sənətçinin dilinin tutulduğu deyilir.

Məlumata görə, hazırda ciddi müalicə altında olan Xalq artistinin səhhətində müəyyən irəliləyiş var.

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən ifaçının köməkçisi Nailə Məmmədli onun səhhətinin normal olduğunu deyib:

"Nisə xanımın instaqramdakı səhifəsində də axşam səhhəti ilə bağlı açıqlama veriləcək".

Qeyd edək ki, Nisə Qasımova bir neçə il əvvəl bədxassəli şiş səbəbindən əməliyyat olunmuşdu. Eyni zamanda əməliyyatdan sonra yıxılan ifaçının ayaqları zədələnmişdi.



Elnur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar