Norveç kralı V Harald xəstəxanaya yerləşdirilib.
Bakupost.az bildirir ki, bu barədə Kral Sarayından məlumat verilib.
Qızdırması qalxdığı üçün xəstəxanalıq olan 85 yaşlı kralın vəziyyəti sabitdir.
Qeyd edək ki, 31 il əvvəl taxta çıxmış V Harald son illərdə çox sayda cərrahiyyə əməliyyatı keçirib. 2021-ci ildə Covid-19-a yoluxmuş kral sağaldıqdan sonra dizindən əməliyyat olunub. 2020-ci ildə isə onun ürək klapanları dəyişdirilib.