İran və ABŞ nümayəndələri Romada illərdir davam edən İranın nüvə ambisiyalarına dair mübahisəni həll etmək üçün danışıqlara yenidən başlayacaqlar.
Bakupost.az “Reuters”-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın potensial nüvə silahı istehsalını məhdudlaşdırmaq istəyir, çünki bu, regionda nüvə silahları yarışını alovlandıra bilər.
Ağ Evin mətbuat katibi Karolin Leavitt jurnalistlərə bildirib ki, Prezident Tramp İranla danışıqların doğru istiqamətdə irəlilədiyinə inanır.
Amin Rızayev,
BakuPost