Ru
15:47 / 20 İyul 2025

Novxanıda 2 yeniyetmə batdı, ana fəryad etdi: Balamı istəyirəm, ona kömək edin...

Novxanıda 2 yeniyetmə batdı, ana fəryad etdi: Balamı istəyirəm, ona kömək edin...
Eye

Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfər batıb.

Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Batan şəxslər Xırdalan şəhər sakinləri 2009-cu il təvəllüdlü Tacir Azad oğlu Kosayev və Aqil Nahid oğlu Novruzovdur.

Hər iki yeniyetmə 21 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləridir.

Hadisə ilə bağlı danışan valideynlərdən biri deyib ki, yeniyetmələr gecə saat dörd radələrində dənizə gediblər:

"Yeyib-içdikdən sonra çimməyə gediblər. Bu zaman suda batıblar. Dostları onları çıxarmağa çalışıb, amma mümkün olmayıb".

Yeniyetmələrdən birinin anası isə göz yaşları içində fəryad edib: "Bircə balamı istəyirəm, ona kömək edin. Dostu əsgər gedirdi, ona görə yola salmağa gəlmişdi".

Baha ətraflı Baku TV-nin videomaterialında:

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar