Ru
21:31 / 29 Sentyabr 2022

Novxanıda hoteldə yanğın söndürüldü - YENİLƏNİB

3029
Novxanıda oteldə baş verən yanğın söndürülüb.



Bu barədə Bakupost.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.



Qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyinin (112) qaynar xətt telefonuna Novxanı qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.



FHN-in yanğından mühafizə qüvvələri ünvana çatdıqdan sonra yanğının "Spring" Hotel"in yardımçı tikilisinin hamam və sauna bölməsində baş verdiyi məlum olub. Binadakı şəxslər təxliyə olunub, xəsarət alan yoxdur.



Yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində alovun otelin əsas binasına keçməsinin qarşısı alınıb, otel binası yanğından mühafizə olunub, yanğın məhdudlaşdırılıb. Yanğın söndürülüb.



***


Abşeron rayonunun Novxanı kəndində yerləşən hoteldə yanğın başlayıb.



Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.



Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.



Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər