Ru
16:45 / 15 Fevral 2024

"O səhnələrə görə hamı zaldan qaçdı" - "Apatiya"nın rejissorundan ilginc açıqlamalar - VİDEO

"O səhnələrə görə hamı zaldan qaçdı" - "Apatiya"nın rejissorundan ilginc açıqlamalar - VİDEO
Eye


Tanınmış aktyor, kinorejissor Hikmət Rəhimov "Bakupost" TV-yə geniş müsahibə verib.


O, müsahibdə qısaca olaraq, teatr aktyoru kimi Azərbaycan Dövlət Akademik Milli Dram və "Yuğ" teatrlarındakı fəaliyyətindən, teatr sahəsindən uzaqlaşmasından danışıb, "Əqrəb mömsümü" serialının ikinci hissəsində çəkilməkdən imtina etməsinə aydınlıq gətirib.


Teatr və kino sahəsində mövcud çətinliklərdən danışan rejissor özünün teatrını yaratmaq arzusunda olduğunu bildirib. O, müsahibə zamanı həmçinin Mədəniyyət Nazirliyi, kino ittifaqlarının fəaliyyətinə toxunub və bu qurumların fəaliyyətinin real nəticələri olmadığını bildirib.




Hikmət Rəhimov müsahibədə bu yaxınlarda təqdimatı keçirilən "Apatiya" filmi haqqında da geniş danışıb. Filmlə bağlı kinoşünas və jurnalistlərin tənqid və iradlarına, xüsusən də 18+ səhnələrlə bağlı deyilənlərə münasibət bildirib:


"Təqdimat keçirilən gün film qurtaran kimi hamı aradan çıxdı. Zalda bir nəfər də qalmamışdı. Bilirsiniz niyə? Çünki adamlar o filmdə özlərini gördülər".






Zahid
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar