Ru
13:10 / 23 Noyabr 2022

Ölkənin ən bahalı psixoloqları - Fantastik QİYMƏTLƏR - SİYAHI

300300
Azərbaycanda bu gün psixoloq müayinəsi və yardımına az qala bütün ölkə əhalisi ehtiyac duyur.

Xüsusən gənclər, yeniyetmələr, ailə həyatı uğurlu olmayan qadınlar uzun müddət depressiyada olan şəxslər dərman müalicəsi ilə yanaşı psixotertapiyadan da keçməlidirlər.

Təəssüf ki, İcbari Tibbi Sığorta psixoloq, xüsusən adlı-sanlı, uzman, özəl mərkəzlərdə olan psixoloqların xidmətlərini zərfə daxil etməyib.

Bir neçə mərkəz var ki, orda psixoloji xidmət pulsuz olmalıdır, orda da mütəxəssislərin peşəkarlığına inam yoxdur.


Sosial şəbəkə, efirlərə mütəxəssis kimi cəlb olunan populyar psixoloqların qəbulu isə az qala “professor qiyməti”nə qalxıb.




1 saat psixoloq qəbulu Bakıda 30-50 manat arası dəyişir.

Lakin daha təcrübəli, reklamlı, geniş auditoriyaya özünü tanıtmağı bacarmış psixoloqların qəbulu isə 100 manatdan başlayıb 300 manata kimi artır.


Bakupost.az bahalı psixoloqların (Mütləq bilinməlidir ki, bahalı olmaq peşəkarlıq dərəcəsi sayılmır – red.) qiymətlərini təqdim edir:






1. Bir neçə illərdir psixoloqlar içində ən yüksək qiyməti üzrə lider olan NLP üzrə master, psixoloq Babək Bayramlı durur. Bir saat qəbul və ya seans 250 AZN



2. Kənan Rəhimov - psixoterapevt, psixoloq – əyani qəbulu və hər seansı 1 saatı - 200 AZN




3. Tamilla Əliyeva - qadın İQ-si üzrə mütəxəssis – bir saatı 180-200 AZN



4. Samirə Bağırova (qalmaqallı açıqlamaları ilə tanınıb) - 1 seans 150 manat, 5 seans 650 AZN
Samirə xanımın köməkçisi bildirdi ki, o psixoloji seans yox, psixi dəstək göstərir. Bəlkə də ona görə ki, Samirə Bağırovanın təhsili və peşəsi psixoloq deyil.


5. Nəfəs mərkəzində məşhur psixoterapevt İkram Rüstəmov - ilk qəbulu 150 AZN



6. Psixoloq Günel Xəlilova - 1 saat 30 dəqiqə 130 AZN



7. Narınc Rüstəmova - 1 saat qəbul 100 manat




8. Onun həyat yoldaşı, psixoloq Elnur Rüstəmov - 1 saatı 80 manat


9. Elmir Əkbər – 1 saatı 95 AZN,
Elmir Əkbər – həkim psixoterapevt, klinik psixoloq, Səhiyyə Nazirliyinin psixoterapevt kimi fəaliyyətinə icazə vəsiqəsi olan azsaylı mütəxəssislərdən biridir.




10. Süleyman Məmmədli EMDR üzrə terapevt - 80 AZN


Bunlar hələ normal psixoloq qəbulu və seansları üzrə qiymətlərdir. Amma daha bahalı seanslar var.

Məsələn, reqressiya, hipnoz seanları 200-300 AZN-dir. Eləcə də energoterapevtlər var ki, elmin dəstəkləmədiyi, ancaq alternativ metodlardan istifadə etməklə şəfa seansı edir, bu seanslar 200-300 manatdan başlayır. (Bunlar barədə yaxın günlərdə əlavə araşdırmamız olacaq)

Psixoloq qiymətləri ilə bağlı Bakupost.az -a açıqlama verən həkim psixiatr Abdulla Şıxlinski Azərbaycanda bütün psixoloqların fəaliyyətinin ləğv olunmasının vacibliyini bildirdi.




“Bizim camaat həkimi reklamdan, televiziyadan seçdiyinə görə, bədbəxt olublar.
Kiminsə pulu var, özünü reklam edir, psixoloq kimi təqdim edir. Azərbaycanda 2-3 nəfər ali savadlı, həqiqətən psixoloq təhsili almış psixoloq var. Mən onları tanıyıram. Elə psixoloq var ki, adamları var, sponsoru var, reklama pul ayırır. Psixoloq televizor, əşya, geyim deyil ki, reklamdan seçəsən. Psixoloq kimdir ki, həkimdən, cərrahdan yüksək qiymət qoyur. Bu qiymətləri kim təyin edir? Nəyə əsasən təyin olunur?

Psixoloqlar xəstəyə düzgün diaqnoz qoya bilmir, düzgün müalicə taktikası seçə bilmir. Psixoloqun ağır psixoloji xəstəni ümumiyyətlə, qəbul etməyə ixtiyarı yoxdur. Psixoloq dərman yaza bilməz, amma bəziləri yazır. Psixoloqlar ağır nevroz, depressiya, şizofreniya, autizm xəstəsini seansla düzəldə bilməz, təşviş pozuntusunu götürə bilməz. Bu xəstələri həkim psixiatr və həkim təhsili olan psixoterapevtlər müalicə edə bilər.

Psixoloq psixikası sağlam insanlarla işləmək üçündür ki, onların xarakteri, ailədə, işdə münasibətlər davranışınıza yön versin. Ona görə ağır psixi xəstə olan uşaqları sonradan anaları bizə gətirir. Psixoloqa getməklə vaxtı itiriblər, vəziyyət daha da pisləşib. Onların səhvini biz çətinliklə düzəldirik. Ümumiyyətlə, psixoloqlar özbaşına bir sahədir, heç bir nəzarət yoxdur, alver, biznes, gəlir mənbəyi olub. Bəzi psixoloqların özlərinin müalicəyə ehtiyacı var. Onların fəaliyyəti cinayətdir. Azərbaycanda psixoloq mərkəzləri ləğv olunmalıdır. Məktəblərdə, bağçalarda, universitetlərdə psixiatr kabineti olmalıdır. Yoxsa bu millət daha da xəstə olacaq”

Aygün Musayeva
Baku Post
Şərhlər
  • Julia Gasimzadeh

    Hörmətli , “həkim”. Psixoloq kimdir sualina cavab olaraq ilk novbədə bu sahənin pesəkarlarını belə alçaltmaq haqqını özünüzdə gördüyünüzə görə artıq sizin haqqda az cox təsəvvur yarandı məndə.Həkim də əziyyət cəkib oxuyub,psixoloq da,muəllim də ,muhəndis də və s.Azərbaycan da həkimi o qədər ilahiləsdirirlər ki sanki başqa sahənin mutəxəssislərindən başqa hec kim dəftər kitab gorməyib,əziyyət cəkməyib.Bir psixoloq kimi deyə bilərəm ki,biz bir təlim ucun minimum 800-900manatımızdan kecməli oluruq.Və inkisaf ucun də daim təlim şərtdir.Hər kəsin səxsi isidir gostərdiyi xidmət muqabilində xəstədən nə tələb edir.Siz sadəcə bunun uygun olub olmadigini,fantastikliyini muzakirə edə bilərsiniz. Necə ki,hamı həkimlərin əməliyyat qiymətlərini müzakirə edə bilər. Amma psixoloqları belə alçaltmağa nə sizin nə də bir başqasının ixtiyarı yoxdur. Psixoloqlarla həkimlərin fərqi də budur ki,həkimlər hər mənada sadəcə kəsib ,dograyib, baltalamagi bacarir ,psixoloqlar isə anlayış göstərməyi.

  • Xəyal Qurbani

    Psixologiya elmini və bu elmə mükəmməl yiyələnmiş mütəxəssisləri təhqir etmək olmaz. Onlara ehtiyac var. Köməkləri də kifayət qədərdir. Sadəcə hər sahədə güclü və zəif mütəxəssis olduğu kimi bu sahədə də onlar var. Seçimi insanların özləri edir.

  • Fərid abdullayeva

    Bunlar kimidir ki Nizami Orucov bunların hamısından yaxşıdır

  • Gunay

    Elmir Ekber hekim cox savadli pisxoloq psixoterapefr. O menim uşaqimi 2siyansa saxaldi. Ölunu dirildir cox savadli hekimdir. Ona deyer bu pul. Men bütun pisxoloqlari gezdim hec kim müalice etmedi . İnanin ancaq Elmir Ekber dr uşaqimi dirildi.????????

  • amibus

    bir insan ozu oz problemin hell ede bilmirse dunyanin butun kahinlerin pisixoloqlarin yigasan xeyrti yoxdu bir menali sekilde. Hamimizda bunu yaxsi bilirik. Bu bir nov hanisa menevi pisixaloji kino mahni statusa benzeyir hemen an tesir edir . Amma heyat terzi deyismir . Bu sexslerde hemcinin hemen deqiqede tesir edirer sonra adam yene nece varsa orda da qalir. Ozunuz oz problemlerinizi hell edin

  • Simuzer

    Oglum autizm spektrdi 2 ile 35000 pul xerclemiwem psixoloqlara.Hec razi da qalmadim.Hazirda ozum hec bir yere aparmiram hec fikrim de yoxdu.Ozum mewgulam.

  • Алы Мусаев

    Düzdür. Psixoloq dərman yazmağa ictiyar yoxdu. Adam cəstə olaya olmaya onu dəli hesab edirlər. Afam sadəcə stress keçirir, indiki zamanda belə dövlət idarəçiliyində istənilən adam gırginlik keçirir, nə maaşla ailə saxlamaqbolur, nə pensiya, nə də uşaq müavinətini deputatlar prezident aparatı yeyir. Özlərinə paşabanklar açıblar, veynəlxalq ba nk kapitalbank açıblar, marketlər açıblar baha baha 10 qət baha satırlar. Kəndçinin bütün satmaq imkanlarını əlindən alıblar

  • Ağabəy Əhmədbəylinski

    Salam olsun. Əslində bir dəyərli və çox yüksək savaxa malik olan varsa oda Xatirə xanım Səfərovadır. Kliniki psixiatr. Psixologiya və psixologiya elminə dərindən yiyələnmiş bir şəxsiyyətdir. Burada sadalanan qiymətlər isə bu insanlara görə çoxdur. Və hətta deyərdim ki bizim əhalinin 95 faizi üçün əl çatmazdır. Əslində elə yaxşı ki əl çatmazdır. Belə qiymət qoyan ada bir seansa köməyim olmasada hrç olmasa pul qazanım prinsipi ilə işləyir. Sadəcə ayıb olsun. Burda həqiqətən bir çoxlarının təhsili yoxdur. Bəzilərinində təhsili olsa belə bacarığı yoxdur. Yəni təhsillərindən yararlama bilməyiblər. Mövzuya görə sağ olun.

  • t.ədalət

    Psixoloji müalicə yoxdur.Keçmişdə dəliləri pirlərə aparıb Allahdan şəfa diləyirdilər.Klassik təbabətdə də psixi pozuntunun müalicəsi haqqında bir şey yoxdur.Xüsusilə,Azərbaycanda psixoloqlar pul qazanmaq üçün yalançı "müalicələr" təyin edirlər.Psixoloji vəziyyəti qarışan adamlar,unutmamalıdır ki, psixi xəstəliyi çox vaxt əcəlin limanı adlandırırlar.Deyilənə görə,hazırda Türkiyədə çoban işləyən bir-çox kürd Bakıda vəzifəli şəxslərə psixoloqlu edirlər.

  • Həlimə Qəmərlinskaya, həkim-psixiatr

    Məqələyə görə təşəkkür edirəm. Bir həkim-psixiatr olaraq, öz işimdə psixoliqların dəstəyinə ehtiyacım var. Amma bu giymətlərlə patsiyentlərim uzun müddət gedə bilməyəcək. Aydın məsələdir ki 1-3 seansa psixoloji durum stabilləşmir. Və digər tərəfdən, axı vahid sistem yoxdur, ki bu psixoloqların bilik və bacarıqlarını yoxlasın. Təbii ki, şərəitdən, ehtiyaclardan istifadə edib, online qeydirmə bir seryifikat alıb, özlərini psixoloq, hətda, psixoterapevt elan edirlər. Abdulla doktor, şəxsən mən özüm, minnatdar olaram, mənə yaxşı rekomendasiya olunmuş psixoloqların adlarını verəsiniz. Gördüyümüz işi vicdanla görək! Hər kəsin işi Avand olsun!

  • tofiq

    Vallah bu adamları bir-bir danışdırsan, hərəsində kifayət qədər çatışmazlıqlar mövcuddur. Psixoloji təməlin müalicəsinin ən vacib sayılan giriş darvazası hərbir xəstənin "etiqad"ından start götürür. "Əqidə"nin nə olduğunu bilməyən istər psixoterapevt istərsə də psixoloq olsun o xəstəni natamam və lazımsız dərmanlarla "yola" verəcək.

  • Hikmət məmmədov

    Okvallah bu psixoloq nə kömək edir xəstəyə bu mənə catmir.azərbaycandaku yaxşı biznes mərkəzidir TV kərə 20 min 50 min pul verib çıxırlar 1 il TV də oturur sonrada kluent minlərlə.əlbəttəku avam təbəqə. 30 il nsd əsəb sizofrenikliyə qədər catmisam.nevpsixoloq sixoterapevt .bu xəstəliyi özün müalicə etməsən boş şeydi Türkiyə Moskva iran kitay gəzdim bu xəstəliyi axırı özüm .onlara pul verənin də ağlı yoxdu

  • Vətəndaş

    Şou proqramlarda iştirak edən adamlara fərq etmir, həkimdir ya psixoloq müraciət edənlər normal adamlar deyil. İnsanların şəxsi həyatlarını ictimailəşdirilən verlişlər bağlanmalıdır. O psixoloqlar şərəfsizdilər. Yiyəsiz ölkənin fırıldaqçı mütəxəsisləridi bunlar

  • Vəli Seyidov

    Həə)) maraqlı mübarizədi. Və çox məntiqsiz. Yaxşı sizin yüklədiyiniz antidepressantlar, neyroleptiklər,trankvilizatorlar və.s. kimyəvi dərmanlar insanları sizdən ömrü boyu asılı qoyanda nə düşünürsünüz? Kim daha çox ziyan vurur insan ruhuna. Təbiiki biznes sarıdan sizin geri qaldığınız reallığın köklərini bu yolnan araşdırmaqdansa o psixoloqlarnan əlbir köməkli fəaliyyəti niz insanlığa daha çox xeyir gətirərdi. Düşünün…

  • Nizamı

    Bu psixoloqlara o qədər pul verənin ağlı yoxdur.Bu məncə bir reklamdır.İndiki zamanda onlara heç kim müraciət etmir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər