Ru
14:22 / 03 Sentyabr 2024

Ölülər Adası: Kəllə və sümük dəryası - FOTO

Ölülər Adası: Kəllə və sümük dəryası - FOTO
Eye

2016-cı ildə 200-dən çox insanın qalıqlarının tapılması ilə birdən-birə gündəmə gələn bu adanın hekayəsi təxminən 200 il əvvələ gedib çıxır və adanın hər qarışında fərqli bir faciəni ehtiva edir.


Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, mənsub olduğu ölkənin vətəndaşları belə dünyanın ən ölümcül adası deyilən bu yerin ölkələrində olduğunun fərqində deyillər və hansı ki, adanın filmlərə mövzu ola biləcək bir tarixi var.

Haqqında bəhs etdiyimiz ada İngiltərənin cənubundakı Kentin Queenborough qəsəbəsində yerləşir.

Qalıqların 18-ci və 19-cu əsrlərdə istismardan çıxmış həbsxana gəmilərində saxlanılan məhbuslara aid olduğu bildirilir.

Tarixçilərin sözlərinə görə, sıxlıq, xəstəlik və digər çətinliklər məhbusların ölümünə səbəb olub. Məhkumlar öldükdən sonra onların cəsədləri adada adsız qəbirlərdə basdırılıb. Lakin illər keçdikcə, qəbirlər eroziyaya uğrayaraq üzə çıxmağa başlayıb. Bununla da ətrafda xeyli sayda insan sümüklərinin qalıqları aşkar edilib.




Vasif
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar